Məşhur Suriyalı Aktivistin Cəsədi Əsəd Rejiminin İşkəncə Mərkəzindən Tapıldı
Əsəd rejiminin dəhşətli əməlləri ilə bağlı xəbərlər davam edir. Minlərlə insanın işgəncə nəticəsində həyatını itirdiyi Sədnaya həbsxanasında aşkarlanan dəhşətlər hamını sarsıtdı. Siyasi məhbusların saxlandığı bu həbsxanada işgəncə alətləri ilə yanaşı, turşusu ilə əridilmiş məhbus cəsədlərinin olduğu kütləvi qəbir də tapılıb. Tapılan cəsədlərdən birinin məşhur Suriyalı aktivist Mazen Hamadiyə aid olduğu təsdiq edilib.
2012-ci ilin mart ayında rejim əleyhinə etirazlarda iştirak etdiyi üçün həbs olunan Hamadi, qəddar işgəncələrə məruz qalıb. 1,5 il həbsdə qalan və bu müddət ərzində dəfələrlə işgəncəyə məruz qalan aktivist 2013-cü ilin sentyabrında azad edilib və Hollandiyaya gedərək başından keçənləri danışıb. Ağır işgəncələrə məruz qaldıqdan sonra af edilməsinə inanaraq, vətəninə qayıdıb.
Vətənə qayıtdıqdan dərhal sonra yenidən həbs olunan Mazen Hamadinin cəsədi bu gün Sədnaya həbsxanasında aparılan axtarışlar zamanı tapılıb. Hamadinin ağır işgəncə nəticəsində həyatını itirdiyi müəyyən edilib. Bu hadisə bir daha Əsəd rejiminin insanlıq əleyhinə cinayətlərini üzə çıxarıb və beynəlxalq ictimaiyyəti ciddi narahat edir.
Oxşar xəbərlər
Əsədin əsgərləri qaçışda
Son Xeberler
Türkiyəni tərk edən suriyalıların sayı sürətlə art...
Bugun.az
Daha 9 erməni hərbçinin meyiti tapıldı
Son Xeberler
Əsəd rejiminin Həmə itkisi və Humus üçün mübarizə
Son Xeberler
Sabunçu Rayonunda Tuneldə Boğulan Şəxsin Cəsədi Ta...
Bugun.az
108 saat sonra cəsədi tapıldı
Son Xeberler