31.08.2020 17:51
6
abunə
614
Meyxanaçı Ağamirzə: “Ağakərimin vəziyyəti pisdir” - FOTO

Meyxanaçı Ağamirzə Məmmədov həmkarı Ağakərimin səhhəti haqda danışıb.

"Bağ mövsümü” proqramında qonaq olan sənətçi insult keçirən meyxanaçının vəziyyətinin pis olduğunu söyləyib:

"Ağakərimin vəziyyəti pisdir. Bizə dua etmək, Allahdan şəfa diləmək qalıb. Onun yanına gedib-gələndə çox pis oluram. Övladlarımı aparıram ki, gedin halını soruşun gəlin. Özüm də oturub maşında gözləyirəm. Ürəyim kövrəkdir, Ağakərimi elə görə bilmirəm”.

Qeyd edək ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb. (axsam.az)

 
 

Etiketlər:

Daxil olun


x
This website is using cookies. More info. That's Fine