Meyxanaçı Vüqarın vida mərasiminə gedənlər cəzalandırıldı - FOTO
Avqustun 29-da Binəqədi rayonu Biləcəri qəsəbəsində vəfat edən meyxanaçı Vüqar Paşayevin (Vüqar Biləcəri) dəfn mərasimində ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarının və sanitar-epidemioloji şərtlərin kütləvi surətdə pozulması halı qeydə alınıb.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə sosial şəbəkələrdə və KİV-lərdə həmin mərasimdən yayımlanmış görüntülərdə əks olunan 42 nəfər rayon Polis İdarəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub və onlar İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, məsuliyyətə cəlb olunublar.
Abşeron Rayon Polis İdarəsi əməkdaşları tərəfindən dəfn mərasimini idarə edən axund Ş. Pircanov və daha 20 nəfər saxlanılaraq rayon Polis İdarəsinə gətirilib. Onlar barəsində inzibati xəta haqında protokollar tərtib edilib, Ş. Pircanov 400 manat, digərləri isə 200 manat məbləğində cərimə olunub.
Dəfn mərasimində yayılmış görüntülərdə əks olunan digər şəxslərin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Meyxanaçı Vüqarın vida mərasimində
Son Xeberler
Ərdoğan sabiq nazirlə vida mərasiminə qatıldı -
Son Xeberler
33 yaşlı meyxanaçının ölüm səbəbi bəlli oldu
Son Xeberler
Meyxanaçı Vüqar qəfil vəfat etdi -
Son Xeberler
Məşhur meyxanaçı gecə saatlarında döyülüb
Şou Xəbər
Tanınmış meyxanaçı vəfat etdi -
Son Xeberler