Mikayıl Cabbarovdan iqtisadi artımla bağlı
"Azərbaycan koronavirus (COVID-19) pandemiyasının təsiri ilə ötən il 4,3% iqtisadi geriləmə ilə üzləşsə də, bu il ölkə Qarabağın işğaldan azad edilməsi ilə 3,4% iqtisadi inkişaf gözləyir".
Bunu "Bloomberg" agentliyinə müsahibəsində İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
O, həmçinin deyib ki, beynəlxalq təşkilatların da Azərbaycanın iqtisadi inkişafı ilə bağlı proqnozları nikbindir: "2021-ci ildə Dünya Bankı ölkəmizdə 1,9%, Beynəlxalq Valyuta Fondu isə 2% iqtisadi artım proqnozlaşdırır".
Bundan başqa, nazir əlavə edib ki, 2030-cu ilə qədər Azərbaycan orta illik iqtisadi inkişaf tempini 2 dəfə artıraraq 7%-ə çatdırmağı qarşıya hədəf qoyub.
M.Cabbarov ölkədə koronavirus əleyhinə vaksinasiyanın başladığını və iqtisadiyyatın qapanmış sahələrinin inkişaf edəcəyinə inandığını da qeyd edib.
Oxşar xəbərlər
Mikayıl Cabbarov Türk Şurasının Baş katibi ilə gör...
Son Xeberler
Mikayıl Güləddinoğlu bu kanalda çalışacaq -
Son Xeberler
İqtisadi artımla bağlı proqnoz açıqlandı
Bugun.az
Seçkidən sonra bu hissələr yüksəldi - "Tramp bumu"...
Bugun.az
Məhsullarımız Türkiyəyə idxal rüsumu olmadan ixrac...
Son Xeberler
Mikayıl Cabbarov: "SOCAR yeni inkişaf dövrünə qədə...
Son Xeberler