Millət vəkilindən BNA rəsmisinin taksilərlə bağlı çıxışına REAKSİYA

03.09.2020 11:33 580 baxış sayı 2 dəq. oxuma
Millət vəkilindən BNA rəsmisinin taksilərlə bağlı çıxışına

Bakı Nəqliyyat Agentliyinin (BNA) Hüquq şöbəsinin müdiri Hikmət Babayevin taksilərlə bağlı vahid qiymət siyasətinə aid məlum çıxışı ölkədə böyük narazılıqlara səbəb olub.

Məsələ ilə bağlı millət vəkili Aydın Mirzəzadə fikirlərini bildirib. Millət vəkili qeyd edib ki, Bakı Nəqliyyat Agentliyinin rəsmisinin həmin çıxışı düzgün deyil:

''Hər bir vətəndaşımızın taksidən isitifadə etmək imkanı olmalıdır, taksi xidmətinin hamı üçün əlçatan olmasına narazılıq etmək yox, onu dəstəkləmək lazımdır. Hər yerdə olduğu kimi taksi xidmətində də rəqabət olmalıdır, qiymətləri bazar və tələb-təklif müəyyənləşdirməlidir. Eyni zamanda taksi fəaliyyəti ilə məşğul olan insanlarımızın ucuz kreditlə vaxtaşırı öz avtomobillərini yeniləməsi üçün proqram hazırlanmasına da ehtiyac vardır.

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: