Mingəçevirdə yas məclisi ilə bağlı yeni ənənə - FOTO

11.07.2020 05:09 987 baxış sayı 2 dəq. oxuma
Mingəçevirdə yas məclisi ilə bağlı yeni ənənə -

Mingəçevirdə yas məclisləri ilə bağlı yeni bir ənənənin əsası qoyulub.

Pandemiya ilə əlaqədar olaraq yas məclislərinin keçirilməsi tövsiyə olunmadığından Zamanovlar ailəsi yeni bir ənənənin əsasını qoyublar. Koronavirusla əlaqədra olaraq insanların bir araya toplaşması yoluxma riskini artırdığından ürək çatışmazlığından vəfat etmiş həkim Aybəniz Zamanovanın həyat yoldaşı və övladları onun yas məclisini daha xeyirxah bir qaydada qeyd ediblər.

Belə ki, Zamanovlar ailəsi Mingəçevir şəhərində sərtləşmiş karantin qaydasına görə müvəqqəti olaraq işini itirmiş 100-ə yaxın aztəminatlı ailəyə, şəhid və Qarabağ mühribəsi veteranlarının ailələrinə ərzaq yardımı paylayıblar.

Ailə, pandemiya ərzində hüzürü düşən hər kəsi qapalı məkanda yas məclisləri təşkil edib insanları riskə atmaqdansa, imkansız ailələrə dəstək olmaqla daha böyük savab qazanmağa çağırıb.

Zamanovlar ailəsinin bu təşəbbüsü şəhərin dini icması və əhalisi tərəfindən də təqdir edilib.

S
Ailə və cəmiyyət müxbiri

Ailə, uşaq tərbiyəsi və valideynlik mövzularında yazıram. Özüm də 2 uşaq anasıyam, bu təcrübə işimdə çox kömək edir.

Bütün məqalələrə baxın
Paylaş: