MN Ermənistan alaylarındakı vəziyyəti açıqladı
5-ci dağatıcı alayın müdafiə zolağında mövqe tutan şəxsi heyət arasında xeyli sayda ölən və yaralanan var. Alayın bölmələrində ərzaq və döyüş sursatı çatışmır.
Bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, 10-cu alayın müdafiə zolağına könüllüləri daşıyan avtomobil texnikasının vurulması nəticəsində ölən və yaralanan var. Geri çəkilən düşmən, xeyli sayda avtomobil və zirehli texnikanı mövqedə buraxaraq qaçıb.
9-cu motoatıcı alayın müdafiə zolağında artilleriya batareyası məhv edilib, alay komandirinin müavini isə yaralanıb.
Dağlıq Qarabağ ərazisinə gələn muzdluların bir qisminin döyüşə girməkdən imtina etməsi məlum olub.
Qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır.
Oxşar xəbərlər
Müdafiə Nazirliyi son vəziyyəti açıqladı:
Son Xeberler
Müdafiə Nazirliyi son vəziyyəti açıqladı:
Son Xeberler
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqladı...
Son Xeberler
Ermənistan ölən hərbçilərinin sayını
Son Xeberler
Müdafiə Nazirliyi cəbhədə son vəziyyəti açıqladı
Son Xeberler
ÜST Afrikada pandemiya ilə bağlı son vəziyyəti açı...
Son Xeberler