Moskva məktəblərində distant təhsil rejimi uzadıldı
Rusiyanın paytaxtı Moskvada 6-11-ci siniflərdə distan təhsil rejimi noyabrın 22-nə kimi uzadılıb.
Bu barədə Moskva meri Sergey Sobyanin açıqlama verib.
“Mövcud vəziyyətdə ətrafımızda və xaricdə baş verənlərin fonunda aydındır ki, rahatlaşmaq tezdir”,- deyə bildirən mer qeyd edib ki, distant təhsil rejiminin tətbiq olunması şagirdlər arasında yoluxmaların azalmasında effektiv təsir göstərib:
“Artıq üç həftədir ki, 6-11-ci sinif şagirdləri distant təhsil alır. Bu müddət ərzində orta məktəb şagirdləri arasında koronavirus xəstəliyinə yoluxanların nisbəti təxminən iki dəfə azalıb. Bu, özlərinin daha az xəstələndikləri və yaxınlarına daha az yoluxdurduqları deməkdir”.
Qeyd edək ki, daha əvvəl orta məktəb şagirdləri üçün distant təhsil rejiminin 8 noyabradək davam etdirilməsi planlaşdırılırdı.
Oxşar xəbərlər
Şagirdlər məktəbə neçə gün gedəcək? - I
Son Xeberler
10 məktəb distant təhsilə keçdi
Son Xeberler
Son dəqiqə! Azərbaycanda onlayn təhsil rejiminin v...
Son Xeberler
Bəzi məktəblərdə əyani dərslər həftədə 3 gün keçir...
Son Xeberler
Sabah ilk dərslər bu mövzulara həsr olunacaq
Son Xeberler
Daha 7 məktəb distant təhsilə keçirildi
Son Xeberler