Moskvaya çatan Paşinyan şok mənzərə ilə qarşılaşdı: Pərt oldu +VİDEO

11.01.2021 12:26 28,029 baxış sayı 2 dəq. oxuma
Moskvaya çatan Paşinyan şok mənzərə ilə qarşılaşdı:

Xəbər verdiyimiz kimi, bu gün Rusiya Prezidenti Putinin təşəbbüsü ilə Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri NikolPaşinyanla üçtərəfli danışıqlar baş tutacaq. Dövlət başçıları artıq Rusiyadadır. 

Öz ölkəsində etirazçıların mühasirəsini çətinliklə yarıb aeroporta, oradan da Moskvaya getməyi bacaran N.Paşinyan Moskvada da xoşagəlməz sürprizlə qarşılaşıb. 

Belə ki, Rusiyada yaşayan ermənilər məğlub Ermənistanın Baş naziri N.Paşinyanı, "Xalq bizik! Dayan, Nikol! Biz də etiraz edirik! Dayan, Nikol!" şüarlı plakatlarla qarşılayıblar. 

N.Paşinyandan narazı ermənilər mitinq etmək üçün artıq Ermənistanın Rusiyadakı səfirliyinin qarşısında toplaşıblar. Hazırda səfirlik Rusiya polisi tərəfindən mühasirəyə alınıb.  //Sfera.az

L
Siyasi şərhçi

Siyasi prosesləri analiz etmək mənim işimdir. Beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra jurnalistikaya keçdim. Regionda baş verənləri izlə...

Bütün məqalələrə baxın
Paylaş: