
Müdafiə Nazirliyi: Gərgin döyüşlər davam edir - VİDEO

Sentyabrın 28-dən 29-na keçən gecə bütün cəbhə boyu gərgin döyüşlər davam edib.
Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Ermənistan silahlı qüvvələri cəbhənin Füzuli-Cəbrayıl və Ağdərə-Tərtər istiqamətlərində itirdikləri mövqeləri geri qaytarmaq üçün bir neçə dəfə əks-hücum cəhdi göstərib.
Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri uğurla müdafiə olunaraq düşmənin bütün cəhdlərinin qarşısını dərhal alıb.
Gecə döyüşlərində cəbhənin Ağdərə istiqamətində düşmənin Madagizdən hərəkət edən zirehli və avtomobil texnikasından ibarət qarışıq kolonu və onların hərəkətinə atəş dəstəyi verən artilleriya batareyası Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri və cəbhənin bu istiqamətdə yerləşən qoşunlarımız tərəfindən məhv edilib.
Cəbhənin Füzuli-Cəbrayıl istiqamətində səhər saatlarında yerdəyişmə etmək istəyən düşmənin 1 tankı, 1 avtomobil texnikası və 10 nəfərədək şəxsi heyəti artilleriya zərbəsi ilə məhv edilib.
Gərgin döyüşlər davam edir. Düşmən ağır itkilər verərək geri çəkilməyə məcbur edilir.
Etiketlər
Oxşar xəbərlər

SON DƏQİQƏ: Müdafiə Nazirliyi MƏLUMAT YAYDI -
Son Xeberler

Düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edildi...
Son Xeberler

Füzulinin azad olunması uğrunda döyüş gedir:
Son Xeberler

Gecə ərzində gərgin döyüşlər davam edib -
Son Xeberler

Ordumuzun bir qrup hərbçisinin “məhv” edilməsi xəb...
Son Xeberler

“Qarabağla bağlı Rusiya ilə əməkdaşlığımız davam e...
Son Xeberler