Müdafiə Nazirliyi döyüşlərə qatılmaq istəyən könüllülərə MÜRACİƏT ETDİ
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycan Ordusunun düşmənə qarşı apardığı döyüşlərdə əldə etdiyi uğurlar xalqımızda döyüş ruhunun yüksəlməsinə səbəb olub.
Azərbaycan əsgərinin uğurundan ruhlanan on minlərlə həmvətənimiz Müdafiə Nazirliyinə müraciət edərək, Ordumuzla birlikdə könüllü olaraq döyüşlərə qatılmaq istədiyini bildiriblər.
Bununla bağlı nazirlik məlumat yayıb.
Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan əsgərinə mənəvi dəstək olduqlarına görə təşəkkür edir və döyüşlərə qoşulmaqla şəxsi heyətin yanında olmaq istəyən hər kəsə dərin minnətdarlığını çatdırır.
Nazirlikdən bildirilib ki, könüllü döyüşlərə qatılmaq arzusunda olan döyüş və müharibə təcrübəsinə malik vətəndaşlarımız hərbi hissələrə deyil Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etsinlər.
Qələbə bizimlədir! Vətən torpaqları işğaldan azad ediləcəkdir!
Oxşar xəbərlər
Azərbaycandan erməni əsgər və könüllülərə -
Son Xeberler
Ermənilər döyüşlərə 2 000 nəfər əvəzinə cəmi 300 n...
Son Xeberler
Müdafiə Nazirliyindən işğal olunmuş ərazilərdəki d...
Son Xeberler
Bakıda yağış sürücülərə çətinlik yaratdı -
Son Xeberler
Paşinyandan daha bir gülməli təklif
Son Xeberler
Oğlanları ilə birgə döyüşüb şəhid olan ata... -
Son Xeberler