🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Müharibə Vətəndaşlarını Aldadan Dələduz Həbs Edildi

26.09.2024 11:25 42 baxış sayı 1 dəq. oxuma
Müharibə Vətəndaşlarını Aldadan Dələduz Həbs Edildi

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində bir neçə vətəndaşın pulunu dələduzluq yolu ilə ələ keçirən Əhməd Abdulkərimov tutulub.


Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Əhməd Abdulkərimov özü barədə dövlət qurumlarında işlədiyini və hüquq müdafiəçisi olduğunu iddia edərək, xüsusilə müharibə iştirakçılarını aldadıb. Onlara güzəştli mənzil, avtomobil, sığorta pulu və əlilliklə bağlı verilən maaşların müddətsiz olacağına söz verərək onlardan ümumilikdə 60 min manata yaxın pul alıb.


Bu faktla bağlı Nəsimi RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Ə.Abdulkərimovun barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. İş üzrə istintaq davam etdirilir.


Paylaş: