"Müharibə Veteranı" adı kimlərə veriləcək? - AÇIQLAMA - VİDEO

09.02.2021 07:57 862 baxış sayı 2 dəq. oxuma
"Müharibə Veteranı" adı kimlərə veriləcək? -

Vətən Müharibəsi iştirakçılarına "Müharibə Veteranı" adının verilməsi ilə bağlı komissiya yaradılıb.

Komissiya "Müharibə Veteranı" adı veriləcək iştirakçıların siyahısını müəyyənləşdirəcək və müvafiq təkliflər hazırlayaraq Nazirlər Kabinetinə təqdim edəcək.

Müharibə iştirakçılarına veteran adının verilməsi zamanı hansı meyarlar nəzərə alınacaq?

Bu suala cavab olaraq hərbi ekspert Emil Həsənli ARB24-ə bildirib ki, müharibədə iştirak etmiş bütün şəxslər - səfərbərliklə cəlb edilmiş, aktiv hərbi əməliyyatlarda iştirak etmiş, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları, o cümlədən həkimlər və digərlərinin siyahısı müəyyənləşəcək.

 

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: