07.12.2020 12:02
6
abunə
381
Naməlum xəstəlik yayılır - Xəstəliyə yoluxanların 46 nəfəri uşaqlardır

Hindistanın cənubunda yerləşən Eluru şəhərinin bir sakini naməlum xəstəlikdən vəfat edib.

Eyni xəstəliyin əlamətləri ilə xəstəxanaya yerləşdirilənlərin sayı 315 nəfərə çatıb.

Bu barədə Hindistan mətbuatı yazıb.

5 dekabrdan xəstəxanalara müraciət edən xəstələr naməlum bir xəstəliyin əlamətlərini sadalayıblar. Simptomlar arasında xəstələrdə huşunu itirmə, başgicəllənmə, baş ağrısı və epilepsiya simptomları müşahidə olunur. Həkimlər deyir ki, onların koronavirus testləri mənfi olub.

Son məlumatlara görə, onların sayı 46-sı uşaq olmaqla 315-ə çatıb. Qeyd olunur ki, Hindistanda havanın çirklənməsi və ya keyfiyyətsiz məhsulların istifadəsi nəticəsində kütləvi bir infeksiyanın yayıldığını istisna edilmir.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine