Son Xeberler
Son Xeberler

04.10.2024 15:47

6 abunə

8

Nasrallahın cənazəsi gizli dəfn edildi

Nasrallahın cənazəsi gizli dəfn edildi

27 sentyabrda İsrailin Livana hücumu zamanı həlak olan Hizbullah baş katibi Həsən Nasrallahın cənazəsi bu gün keçirilən bir mərasimdə dəfn edildi. AFP-yə açıqlama verən Hizbullahla yaxın bir mənbə, həlak olan Nasrallahın cənazəsinin İsrail tərəfindən hədəf alınması ehtimalına görə müvəqqəti olaraq gizli bir yerə dəfn olunduğunu bildirdi.


Adının açıqlanmasını istəməyən bir Livanlı məmur, ABŞ-dan mərasimə qarşı heç bir hərəkət etməyəcəklərinə dair “zəmanət” istədiklərini, lakin buna nail ola bilmədiklərini dedi.


Mənbə, Həsən Nasrallahın təhlükəsizlik şərtləri yaxşılaşdıqda ictimai bir cənazə mərasimi təşkil edilənədək müvəqqəti olaraq dəfn olunacağını qeyd etdi.


Həsən Nasrallahın cənazəsi bomba atılan yerin dibində açılan çuxurdan bir vinç vasitəsilə çıxarılmışdı.