🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Nazir Rövşən Əkbərovun bacısı oğluna yeni VƏZİFƏ VERDİ

26.01.2021 06:37 543 baxış sayı 1 dəq. oxuma
Nazir Rövşən Əkbərovun bacısı oğluna yeni VƏZİFƏ VERDİ

Daxili İşlər orqanlarında növbəti təyinat olub.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki Samir Həsənov Səbail RPİ-nin 8-ci Polis bölməsinin rəisi vəzifəsinə təyin olunub.

O ötən günlərdə Gəncə Şəhər Nizami Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad olunaraq sərəncama götürülmüşdü.

Qeyd edək ki, Samir Həsənov Azərbaycanın Milli Qəhrəmanı, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun bacısı oğludur.

Paylaş: