🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Nazir şənbə günü məsələsinə aydınlıq gətirdi

30.01.2021 13:45 376 baxış sayı 2 dəq. oxuma
Nazir şənbə günü məsələsinə aydınlıq gətirdi

Şənbə günü dərsə gələn məktəblilərlə bağlı böyük problem olmur. Çünki məktəblilərin əksəriyyəti dərsə ictimai nəqliyyatdan istifadə edərək gəlmir. Onların 80 faizi piyada gəlir.

Bunu təhsil naziri Emin Əmrullayev “Facebook”da sualları cavablandırarkən deyib.

Müəllimlərin şənbə günü məktəbə gəlməsinə ilə bağlı nazir bildirib: “Məktəb direktorları vasitəsilə məsələ tənzimlənə bilər. Yaxın ərazidə yaşayan və ya özünün nəqliyyat vasitəsi olanlar şənbə günü məktəbə gələ bilərlər. Lakin şənbə günü fəaliyyət göstərən məktəblərimizin sayı çox azdır”.

Qeyd edək ki, şənbə və bazar günləri ölkə ərazisində ictimai nəqliyyat işləmir.

Paylaş: