
Nazirlər Kabineti qərarında dəyişiklik etdi - TƏCİLİ

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə məlumatların daşıyıcılar tərəfindən verilməsi, habelə həmin məlumatların qəbul edilməsi, saxlanması və digər dövlət orqanları (qurumları) ilə mübadilə edilməsi Qaydası”nda dəyişiklik edib.
Dəyişikliyə əsasən, bundan sonra Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri barədə daşıyıcılardan daxil olan məlumatlar təhlil olunmaq üçün elektron qaydada Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti ilə yanaşı, Dövlət Gömrük komitəsinə də ötürüləcək.
Bundan əvvəl isə məlumatlar Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətinə göndərilirdi.
Etiketlər
Oxşar xəbərlər

Nazirlər kabineti bu qərarda dəyişiklik etdi -
Son Xeberler

Baş nazir qərar imzaladı -
Son Xeberler

Müddət uzadıldı - Baş Nazirdən mühüm qərar
Anar Türkeş

DİQQƏT! Nazirlər Kabineti qərarda dəyişiklik etdi:...
Son Xeberler

2 şəhər və 5 kəndə giriş-çıxış dayandırılır -
Son Xeberler

TƏCİLİ! Operativ Qərərgah yeni qərar qəbul etdi -
Son Xeberler