🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Nazirlik: “Evində huşsuz vəziyyə otdə tapılan əməkdar artist müayinəlunub”

24.11.2020 16:22 439 baxış sayı 2 dəq. oxuma
Nazirlik: “Evində huşsuz vəziyyə otdə tapılan əməkdar artist müayinəlunub”

“Səfurə xanım uzun illərdir, Könül xanımın himayəsindədir”.

Bu barədə Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavabda deyilir. 

Bildirilib ki, Nazirliyin İncəsənət şöbəsinin əməkdaşı Xalq artisti Səfurə İbrahimovanın qardaşı qızı Könül xanımla əlaqə saxlayıb.

“Son günlər Səfurə xanımın qardaşının səhhətində problemlər yarandığı üçün Könül xanım atasının yanında qalıb. 23 noyabr tarixində Səfurə İbrahimova müayinə olunmaq üçün xəstəxanaya aparılıb, müayinə zamanı səhhətində ciddi problem aşkarlanmayıb. Səfurə İbrahimova hazırda qardaşı qızının evindədir”, - deyə məlumatda deyilir.

Qeyd edək ki, bir neçə gün əvvəl Xalq artisti Səfurə İbrahimova evində huşsuz vəziyyətdə tapılıb.

Onu Fövqəladə Hallar Nazirliyinin əməkdaşları xilas edib.

Paylaş: