Nazirlik hərbi vəzifəlilərin sənəd qəbuluna başladı
"Bu gündən etibarən Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilərin müraciət və sənədlərinin qəbuluna başlanılıb".
Bunu açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.
"Bildiririk ki, sənədlərin qəbulu birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyalarında aparılır və bu proses yanvarın 30-dək davam edəcək.
Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə 3 (üç) il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.
Vətəndaşlar qəbul ilə bağlı ətraflı məlumatı Müdafiə Nazirliyinin rəsmi internet saytından (mod.gov.az) əldə edə bilərlər", - o vurğulayıb.
Oxşar xəbərlər
Bu şəxslər ildə bir dəfə əsgərliyə çağrılacaq
Xəbər Anı
Hərbi vəzifəlilərin hərbi hissələrə yola salınması...
Son Xeberler
Dövlət Xidməti qismən səfərbərliyə çağırışla bağlı
Son Xeberler
SON DƏQİQƏ!
Son Xeberler
Azərbaycanda qismən səfərbərlik elan edilib
Son Xeberler
Ermənilər döyüşlərə 2 000 nəfər əvəzinə cəmi 300 n...
Son Xeberler