Nazirlik Qarabağ qazisinin uşaqlıq arzusunu reallaşdırdı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları müharibədə yaralanan Elçin Sultanovu evində ziyarət edib.
Nazirlikdən verilən məlumata görə, atası Elçinin uşaqlıq arzusunun öz foto xidmətini yaratmaq olduğunu bildirib.
E.Sultanov cəbhəyə getməzdən əvvəl də fotoqraf işləyib. Lakin özünün foto xidmətini qurmaq üçün avadanlıqlar almağa imkanı olmayıb.
Nazirliyin əməkdaşları Elçinlə görüşüb, ailəsinin sosial vəziyyəti ilə tanış olublar. İstəyinə uyğun olaraq o, foto xidmətini yaratmaq üçün qısa bir müddətdə, növbədənkənar özünüməşğulluq proqramına cəlb edilib.
Elçinə lazımi avadanlıqlar (fotoaparat, rəngli fotoprinter, kompüter, ştativ, fotolampa və s. aksesuarları) evində təqdim edilib. Beləliklə, qazimiz uşaqlıq arzusunu indi gerçəkləşdirə biləcək.
Elçinin valideynləri və qardaşı da işləyir. Nazirlik yaxın günlərdə Elçinin əlilliyinin qiymətləndirilməsini də aparacaq. Əlillik dərəcəsi təyin edildikdə, o, hər ay təqaüd və müavinət alacaq.
Oxşar xəbərlər
"Həkimə yalvardım ki, iynə vur ölüm"-
Son Xeberler
Aybəniz Haşımovaya AĞIR İTKİ
Son Xeberler
Nazirlik Rəmişin ölüm xəbərinə aydınlıq gətirdi -
Son Xeberler
Ermənistanın müharibə itkilərinin SAYI AÇIQLANDI
Son Xeberler
Vətən müharibəsi qazisinin evindən OĞURLUQ EDİLDİ...
Son Xeberler
Deputatlar Milli Məclisdə Tofiq Yaqubludan danışdı...
Son Xeberler