🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Nazirlik xəbərdarlıq etdi: Düşmənin növbəti təhlükəli təxribatı

17.10.2020 08:34 386 baxış sayı 2 dəq. oxuma
Nazirlik xəbərdarlıq etdi: Düşmənin növbəti təhlükəli təxribatı

Cəbhədə məğlubiyyətə düçar olan Ermənistan tərəfi kibermühitdə uğursuz təxribatçılıq əməllərini davam etdirir.

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, düşmən Rusiya ölkə kodlu nömrələrdən vətəndaşlarımızın mobil və stasionar telefonlarına zənglər edərək Türkiyə vətəndaşlarının adından saxta çağırışlar edir.

Məqsəd təxribat xarakterli dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaqdır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bir daha vətəndaşlardan xahiş edir ki, tanımadığı xarici nömrələrdən gələn zəng və mesajlara cavab verməsinlər, həmin nömrələri bloklasınlar, mesajları spam olaraq şikayət etsinlər.

Həmçinin hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.

Eyni zamanda vətəndaşlar baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini (screenshot) və digər elektron sübutları kimi saxlasınlar və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə göndərsinlər.

Paylaş: