🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Nazirlikdən Qubadlıdakı məscidlə bağlı bəyanat

06.11.2020 19:19 474 baxış sayı 4 dəq. oxuma
Nazirlikdən Qubadlıdakı məscidlə bağlı bəyanat

Mədəniyyət Nazirliyinin Qubadlı rayonundakı məscidin ermənilər tərəfindən təhqir olunması ilə bağlı bəyanat yayıb.

"Ermənistan silahlı qüvvələrinin 30 ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycan Respublikasının tarixi ərazisi – Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı rayonlar bu günlər şanlı Azərbaycan Ordusu tərəfindən qarış-qarış yağılardan təmizlənir. Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman hərbçilərimiz tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərləri, həmçinin 200-dən çox qəsəbə və kənd işğaldan azad edilib.

Uzun illər davam etmiş işğal zamanı Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan xalqına məxsus daşınmaz tarix və mədəniyyət abidələri dağıdılıb, mənimsənilib, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq vandalizmə məruz qalıb. Erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri İslam dini abidələri – məscidlər, türbələr və digər inanc yerləri olub. Ermənilər məscidlərin içərisində ev heyvanları saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini ortaya qoyublar. İşğal olunmuş ərazilərdə yerləşən mədəni irsə, o cümlədən xüsusi əhəmiyyətə malik unikal abidələrə bu cür barbarcasına münasibət dünya irsinə qarşı yönəlmiş təhdid kimi dəyərləndirilməlidir.

İşğaldan azad olunmuş ərazilərdə yerləşən abidələrin bir çoxu, o cümlədən Qubadlı rayonunun Məmər kəndindəki XVIII əsrə aid məscid də, gözlənildiyi kimi, acınacaqlı vəziyyətdədir. Bədnam ermənilər bu dini-mədəniyyət abidəsindən də Zəngilan rayonundakı məscid kimi donuz tövləsi olaraq istifadə ediblər. Bu hal Ermənistan Respublikasının digər dinlərə münasibətini və həqiqi simasını əks etdirir. Eyni zamanda bu vandalizm faktı ümumilikdə dünyanın mədəni irsinə barbar münasibət olduğundan beynəlxalq təşkilatlar, tərəqqipərvər dünya birliyi tərəfindən kəskin qınaq obyektinə çevrilməli, hüquqi qiymətini almalıdır.

Sivil dünya dövlətlərini və xalqlarını Ermənistan Respublikasının bəşəri dəyərlərə qarşı bu cür mənfur əməllərini pisləməyə çağırırıq.

Xüsusilə diqqətə çatdırırıq ki, 1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya”ya əsasən, işğalçı dövlət mədəni sərvətlərin dağılmasına, talan edilməsinə, qeyri-qanuni mənimsənilməsi hərəkətlərinə yol verməməli, bu sərvətlərə qarşı yönəlmiş düşmənçilik hərəkətlərindən çəkinməlidir".

Paylaş: