🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
6 abunə
Son Xeberler
Son Xeberler
6 abunə
Anar Türkeş
Anar Türkeş
5 abunə
Rashad Mirza
Rashad Mirza
4 abunə

"Nə oldu Paşinyan?, Şuşanın sağlığına içirdin" - Erməni deputat

23.01.2021 12:46 573 baxış sayı 2 dəq. oxuma
"Nə oldu Paşinyan?, Şuşanın sağlığına içirdin" - Erməni deputat

“Çiçəklənən Ermənistan” partiyasının deputatı Gevorq Petrosyan baş nazir Nikol Paşinyanın Şuşa haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.

O ölkə rəhbərinə sonda azərbaycanlıların dilində əzbərə çevrilən məşhur sualı da verib:

“Deməli Şuşa Azərbaycan şəhəridir? Utanmaz, hələ 2017-ci ildə, yazıq bir deputat olan zaman spiker Ara Babloyanın rəhbərliyi ilə Qarabağa getmişdiniz. Bəs niyə onda eyni masada oturub Şuşanın tutulmasının sağlığına içirdin? Аx Paşinyan, sənə nə oldu axı belə? Yaxud da, "bəs nə oldu Paşinyan?".

Xatırladaq ki, iki gündür baş nazir Nikol Paşinyanın Şuşa haqqında səsləndirdiyi və həqiqəti əks etdirən fikirlər erməni cəmiyyətində qıcıq yaradıb. O, parlamentdəki “hökumət saatı”nda danışıqlar prosesi zamanı azərbaycanlı qaçqınların Şuşaya qayıtmayacağı variantının olmadığını söyləmişdi. Baş nazir bildirib ki, Şuşada yaşayanların 90 faizdən çoxu azərbaycanlı olub.

Paylaş: