"Neftçi" Yenə Qələbədən Uzaq Qaldı

28.09.2024 19:25 222 baxış sayı 1 dəq. oxuma Metbuat
"Neftçi" Yenə Qələbədən Uzaq Qaldı

"Neftçi" Azərbaycan Premyer Liqasının VIII turunda da qələbə qazana bilmədi.

Ağ-qaralılar doğma meydanda "Sumqayıt"la üz-üzə gəldilər. Oyun 1:1 hesabı ilə başa çatdı. "Gənclik Şəhəri" təmsilçisi 70-ci dəqiqədə Cordan Rezabala hesabı açdı. "Neftçi" isə Yuri Matiasın 76-cı dəqiqədə vurduğu qolla tarazlığı bərpa etdi.


Bu nəticədən sonra "Neftçi" 5 xalla 8-ci, "Sumqayıt" isə 7 xalla 7-ci pillədə yer alır.


Qeyd edək ki, günün ilk oyununda "Zirə" "Kəpəz"i 3:0 hesabı ilə məğlub etdi. Ötən gün "Araz-Naxçıvan" "Səbail"i 3:2 hesabı ilə məğlub etmişdi. Turun qalan oyunları 29 sentyabrda keçiriləcək.


S
Texnologiya müxbiri

ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...

Bütün məqalələrə baxın
Paylaş: