🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

"Niyə qudurmusan, ay köpəyoğlu?" - Erməni qadın Paşinyana / VİDEO

15.10.2020 06:50 667 baxış sayı 2 dəq. oxuma
"Niyə qudurmusan, ay köpəyoğlu?" -

“Xəzər Tv” erməni əsilli Azərbaycan vətəndaşı Alvina Marqosyanın evindən reportaj hazırlayıb. “Qafqazinfo” xəbər verir ki, o, ölkəmizin Qarabağ uğrunda haqlı savaşını dəstəklədiyini bildirib.

Marqosyan Azərbaycanın bu yolda qalib gələcəyinə inandığını deyib: “Azərbaycanın heç kəsin torpağında gözü yoxdur. Bu ölkənin 3 rəngli bayrağı Qarabağın hər yerində dalğalanacaq”.

O, erməni xalqını Nikol Paşinyanın hiyləsinə uymamağa çağırıb: “Mən 60 ildir ki, burda yaşayıram və öz torpağımdır. Allah əsgərlərimizin canını sağ eləsin. Bizim əsgərlərimizə gələn bəla qoy erməni əsgərinə getsin. Paşinyan da gözəl bilir ki, ölkə başçımız da, ordumuz da onlara bir qarış torpaq verməz”,

Marqosyan erməni ordusunun dinc sakinləri hədəf almasını acizlik kimi dəyərləndirib: “O, özünü düşünsə, kasıbları düşünsə, ordunu çıxarıb sülh edər. Paşinyan Hitlerdir. Eşq olsun Azərbaycan ordusuna və Prezidentimizə”.

Paylaş: