31.01.2021 19:22
6
abunə
369
Oğlu doğulandan 10 gün sonra şəhid xəbəri gəldi - FOTO
Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.
 
Söhbət 1991-ci il təvəllüdlü baş leytenant Babayev Ramil Taqət oğlundan gedir. Kürdəmirin Şilyan kəndində anadan olan şəhid zabitimizin nəşi Murovdağ istiqamətində tapılıb. Nəşin Ramil Babayevə aid olması DNT analizi nəticəsində müəyyənləşib. Şəhidimiz bu gün Kürdəmirin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
 
Ailəsi sonuncu dəfə Ramillə sentyabrın 29-da əlaqə saxlaya bilib. Həmin tarixdən sonra zabitlə əlaqə saxlamaq mümkün olmayıb. O, Goronboyda N saylı hərbi hissənin kəşfiyyat bölüyündə xidmət edib. Baş leytenant Ramil Babayev Aprel döyüşlərinin də iştirakçısı olub.
 
Ailəli idi, iki yaşında bir qızı və on gün öncə dünyaya gələn bir oğlu var.
 

 

 

 

Daxil olun


x
This website is using cookies. More info. That's Fine