🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Ölkə ərazisindəki faktiki hava açıqlandı

21.10.2020 12:40 357 baxış sayı 2 dəq. oxuma
Ölkə ərazisindəki faktiki hava açıqlandı

Oktyabrın 20-si gündüzdən 21-i səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, arabir yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub, şimal-qərb küləyi arabir güclənib.

Milli Hidrometeorologiya Xidmətindən  daxil olan məlumata görə, düşən yağışın miqdarı Sarıbaş (Qax), Zaqatalada 34, Balakəndə 29, Lənkəranda 11, Tovuz, Oğuzda 8, Kişçayda (Şəki) 7, Şəkidə 5, Şəmkir, Ceyrançöl, Quba, Qusarda 4, Astarada 3, Yardımlı, Lerikdə 2, Qəbələ, Daşkəsən, Qrız, Mingəçevir, Yevlax, Gədəbəy, Naftalan, Sumqayıt, Maştağa, Bakıda 1mm-dək olub.
Sumqayıt, Pirallahı, Çilov adası, Göygöl, Balakən, Zaqatala, Qusar, Qrız, Sabirabad, Cəfərxan, Salyan, Qazıməmməd, Neftçala, Biləsuvar, Lerikdə duman müşahidə olunub, görünüş 200-500 metrədək məhdudlaşıb.

Şimal-qərb küləyi Naftalanda 26 m/s, Neftçala, Ağstafa,Tovuzda 20 m/s, Biləsuvar, Salyan, Ağdamda 16 m/s, Bakıda və Abşeron yarımadasında 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20-25 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb.

Paylaş: