🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Ordunun uğursuzluqlarına görə Paşinyan qisasa başladı

08.10.2020 11:57 603 baxış sayı 3 dəq. oxuma
Ordunun uğursuzluqlarına görə Paşinyan qisasa başladı

Ermənistan Baş Naziri Nikol Paşinyanın yürütdüyü uğursuz daxili və xarici siyasət nəticəsində yenidən alovlanan Dağlıq Qarabağ münaqişəsində Azərbaycan Ordusunun qətiyyətli əks-hücum əməliyyatları və Azərbaycan Ordusunun qələbələridən sonra Dağlıq Qarabağın erməni əsilli icması əməlli-başlı hiddətlənib. 

Nəticədə, onsuz da Paşinyan hakimiyyətindən narazı olan Qarabağın erməni icması nümayəndələri arasında bölgədə Azərbaycan hakimiyyətinin bərqərar olmasını və tezliklə sülhün bərqərar olmasını istəyənlərin sayı getdikcə artmaqdadır.

Etibarlı mənbələrdən əldə olunan məlumatlarda onların arasında Azərbaycan Ordusunu dəstəkləyən qruplaşmanın olduğu da göstərilir. Bu da Paşinyan və onun tərəfdarlarının ciddi narahatlığına səbəb olub. Bu baxımdan, son çırpıntılarını edən Paşinyan öz uğursuzluğunda Qarabağ icmasını və bu icmanın nümayəndələri olan hərbi qulluqçuları günahlandırır. Hətta 08.10.2020-ci il tarixində Ermənistan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti rəisi Arqişti Kyaramyanın vəzifədən təcili olaraq azad edilməsi onun sözügedən qruplaşmanın fəaliyyətini dəstəkləməsi ilə əlaqələndirilir. Eyni zamanda Paşinyan Dövlət Təhlükəsizlik Xidməti rəisi A. Kyaramyanı Azərbaycan Ordusuna rəğbət bəsləyənlərə qarşı səmərəli mübarizə aparmamaqda günahlandırır.

Məlumatı verən onu da iddia edir ki, Paşinyan Dövlət Təhlükəsizlik xidmətinin rəisini Azərbaycan Ordusuna dəstək vermək arzusunda olanlara qarşı səmərəli tədbir görmədiyinə və onları “ifşa etməkdən” imtina etdiyinə görə təcili vəzifədən uzaqlaşdırıb. Görünən odur ki, Paşinyan hər şeyi Qarabağın erməni icmasının üzərinə yıxmaqla canını qurtarmaq və sudan duru çıxmaq niyyətindədir

Paylaş: