Son Xeberler
9 abunə
Orduya gedən könüllülər nə vaxt tərxis olunacaq? - AÇIQLAMA
18.12.2020 17:49
548 baxış sayı
2 dəq. oxuma
Xəbər verdiyimiz kimi, 44 gün davam edən Vətən müharibəsinin dayandırılması ilə bağlı Azərbaycan, Rusiya və Ermənistan arasında 3 tərəfli bəyanat qəbul edilib. Bu gün hər kəsi maraqlandıran məsələ döyüşə cəlb edilən könüllülərin nə zaman evə buraxılacağı ilə bağlıdır.
Bununla bağlı danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, onlar Azərbaycan Respublikasının Prezidentinin fərmanı əsasında qismən səfərbərlik elan olunaraq orduya çağrılıblar:
"Cənab prezidentin növbəti sərəncamı olanda buraxılacaqlar. Çünki bu, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin sərənacamı ilə reallaşan prosesdir. Bu sərəncam hər an ola bilər. Biz hərbi ekspert kimi deyə bilərik ki, yanvar çağırışı olacaq. Düşünürük ki, yanvar çağırışı müəyyən şəkildə hərbi hissələri təmin etsə, onlar buraxılacaqlar. Eyni zamanda yanvar çağırışçıları da müəyyən qədər kurs keçməlidirlər.
Azərbaycan Respublikasının Prezidentinin fərmanı olmadan onların nə zaman tərxis olunacağı ilə bağlı konkret fikir söyləmək çətindir. Cənab prezident nə zaman uyğun bilərsə, onda da bununla bağlı sərəncam imzalayacaq. Bu fərman sabah, 1 həftə və 1 ay sonra ola bilər. Yaxud olmaması da mümkündür".(Sonxeber.az)
Oxşar xəbərlər
SON DƏQİQƏ!
Son Xeberler
950
21/12 15:45
Hərbçilər yaş həddi nəzərə alınmaqla tərxis olunac...
Son Xeberler
395
25/12 11:38
Qubadlıdakı əsgərlərimiz tərxis olunur -
Son Xeberler
395
03/01 11:21
2 gün əvvəl ordudan tərxis olunan könüllü əsgər öl...
Son Xeberler
1,211
17/01 19:43
Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü...
Son Xeberler
415
18/01 16:09
Tərxis olunan hərbçimiz KÜÇƏDƏ NİŞANLANDI -
Son Xeberler
2,959
12/01 14:13