🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
7 abunə
Son Xeberler
Son Xeberler
6 abunə
Anar Türkeş
Anar Türkeş
5 abunə
Fly.az
Fly.az
4 abunə

Orta məktəblərlə bağlı Təhsil Nazirliyindən önəmli AÇIQLAMA

11.09.2020 13:49 561 baxış sayı 2 dəq. oxuma
Orta məktəblərlə bağlı Təhsil Nazirliyindən önəmli

"Hər məktəbdə tibbi otaq yoxdur. Nazirlər Kabinetinin qərarı ilə məktəblilər üçün pulsuz tibbi xidmətin göstərilməsi ərazi üzrə poliklinakalara aiddir".

Bunu Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” barədə qərarına həsr olunan onlayn mətbuat konfransında Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.

O deyib ki, poliklinikalardan həkim və ya tibbi bacısı məktəbə təhkim olunur:

"Hər məktəbdə COVID-lə bağlı balaca məntəqələr olacaq. Hər hansı şagirddə virusla bağlı problem olsa, məktəblərdə olan izolyasiya otağınıa yerləşdiriləcək, təcili tibbi yardım gəlib COVID testi götürəcək, valideynlər çağırılacaq və təcili tibbi yardımla evə göndəriləcək. Məktəblərdə COVID-lə bağlı hər hansı tibbi yardım nəzərdə tutulmur".

Paylaş: