Osloda erməni terroruna etiraz aksiyası keçirilib
Oslo şəhərində yaşayan azərbaycanlılar Norveç parlamenti-Stortingetin binası qarşısında erməni terrorunu pisləyən icazəli aksiya keçirib.
“CAN” Azərbaycan-Norveç təşkilatının təşəbbüsü ilə keçirilən aksiyada azərbaycanlılarla yanaşı, türk və Pakistan icmalarının nümayəndələri də iştirak edib.
Aksiyada Ermənistan Silahlı Qüvvələrinin Bərdə şəhərini mülki əhaliyə qarşı istifadəsi qadağan olunan kasetli bombalar vasitəsi ilə atəşə tutması, bu faktın “Amnesty İnternational”, “Human Rights Watch” kimi beynəlxalq təşkilatlar tərəfindən rəsmi şəkildə təsdiqlənməsi, Ermənistanın Şuşa meşələrini yandırmaq üçün fosforlu silahdan istifadə edərək ekoloji terror törətməsi barədə yerli ictimaiyyətə məlumat verilib. Daha sonra terror qurbanlarının xatirəsi yad edilib.
Dünya ictimaiyyətini günahsız uşaqların qətlinə biganə qalmamağa səsləyən həmvətənlərimiz “Qarabağ Azərbaycandır!”, “Erməni terroruna son!”, “Uşaq ölümünə son!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!”,“Ermənistan, BMT qətnamələrinə əməl et!” kimi şüarların əks olunduğu plakatlar və posterlər nümayiş etdirib, Azərbaycanın və Azərbaycana dost münasibət bəsləyən ölkələrin bayraqlarını meydanda dalğalandırıblar.
Türkiyənin Norveçdəki səfiri Fazıl Çormanın da qatıldığı aksiya Azərbaycan Dövlət himinin səsləndirilməsi ilə başa çatıb.
Oxşar xəbərlər
İrəvanda yenidən etiraz aksiyası keçirilir
Son Xeberler
Saatlı rayonunda kütləvi etiraz aksiyası - VİDEO
Son Xeberler
Yerevanda növbəti etiraz aksiyası başlayır
Son Xeberler
İrəvanda parlament binasının qarşısında etiraz aks...
Son Xeberler
Fransa səfirliyi qarşısında etiraz aksiyası
Son Xeberler
Kanadada Gəncə terroruna qarşı etiraz yürüşü keçir...
Son Xeberler