🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Pakistan Əfqanıstanın paytaxtı Kabili hədəfə alır! Şəhərdə güclü partlayışlar baş verir

15.10.2025 12:47 5 baxış sayı 2 dəq. oxuma
Pakistan Əfqanıstanın paytaxtı Kabili hədəfə alır! Şəhərdə güclü partlayışlar baş verir

Son günlərdə gərginliyin pik həddə çatdığı iki qonşu ölkə – Pakistan və Əfqanıstan arasında müharibə get-gedə şiddətlənir. Pakistan ordusu Əfqanıstanın KabilQəndəhar şəhərlərinə hava zərbələri endirir.


Hadisələr Əfqanıstan qüvvələrinin gün ərzində Pakistana məxsus sərhəd postlarına hücum etməsi və öldürülmüş Əfqan əsgərlərinin kamuflyaj geyimlərini küçələrə asmasından sonra alovlandı. Bu təxribatlara cavab olaraq, nüvə dövləti olan Pakistandan çox sərt reaksiya gəldi.


Pakistan cavab həmləsi kimi Kabil və Qəndəharı havadan bombaladı. Bu vaxt sosial şəbəkələrdə Əfqanıstanın sovetlər dövründən qalma köhnə T-55 tankını sərhədə göndərdiyini əks etdirən video görüntülər paylaşılıb.


İRAN SƏRHƏDDƏ HƏYƏCAN TƏBİLİ ÇALIR


Digər tərəfdən, Taliban və Pakistan arasında ölümcül sərhəd toqquşmaları yaşanarkən, İran Əfqanıstanla sərhədi yaxınlığına ağır artilleriya sistemləri yerləşdirməyə başlayıb.


Paylaş: