🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Pambıq yığımında orta məhsuldarlıq 33 sentnerə çatır

01.12.2020 11:13 356 baxış sayı 2 dəq. oxuma
Pambıq yığımında orta məhsuldarlıq 33 sentnerə çatır

Dekabrın 1-dək fermerlər sahələrdən 327586 ton pambıq yığaraq qəbul məntəqələrinə təhvil veriblər. Bu, ötən ilin yekun göstəricisindən 32586 ton çoxdur. Qeyd edək ki, 2019-cu il pambıq mövsümünün yekununda ölkə üzrə 295 min ton pambıq yığılaraq məntəqələrə təhvil verilmişdi.

Bu günə olan operativ məlumata görə, pambıq yığımında orta məhsuldarlıq 32,79 sentner təşkil edir. Bu, ötən ilin yekun göstəricisindən 3,29 sentner çoxdur. Hazırda sahələrdə pambıq yığımı davam edir, mövsümün yekununda həm məhsul həcmi, həm orta məhsuldarlıq göstəricilərinin daha da artacağı gözlənilir. Pambıq yığımının optimal müddətdə başa çatdırılması nəzərdə tutulur.

2020-ci ildə Azərbaycanın 21 rayonunda 100 min hektara yaxın sahədə pambıq əkilib. İndiyədək ən yüksək orta məhsuldarlıq Salyan (40,35 sent/ha), Neftçala (38,46 sent/ha), Tərtər (36,58 sent/ha), Beyləqan (34,92 sent/ha), Yevlax (34,62 sent/ha), Ağcabədi (34,27 sent/ha), Goranboy (33,84 sent/ha), Saatlı (33 sent/ha), Bərdə (32,81 sent/ha), Sabirabad (32,19 sent/ha), Ağdam (32,15 sent/ha) və Zərdab (30 sent/ha) rayonlarında qeydə alınıb.
2020-ci ildə ən çox pambıq əkini Saatlı (14141 ha), Ağcabədi (10689 ha), Bərdə (10646 ha), Biləsuvar (10061 ha), Sabirabad (9683,5 ha) və Beyləqan (8743 ha) rayonlarında aparılıb.

 

 

Paylaş: