Pandemiya zamanı virusa qarşı ən güclü immunitet açıqlandı
İnsanda koronavirusa qarşı daha güclü immunitet ya o xəstəliyi təbii üsulla keçirdikdə ya da peyvənd edildikdən sonra üzə çıxır.
Bu barədə Rusiya Səhiyyə Nazirliyinin N.F.Qamaleya adına Epidemiologiya və mikrobiologiya Mərkəzinin virusoloqu Aleksandr Butenko danışıb.
Virusoloq “Sputnik” radiosuna müsahibəsində qeyd edib ki, immunitet orqanizmin infeksiyaya qalib gəlməsindən sonra və vaksinləmənin köməyi ilə meydana çıxır.
"İnsanlar immuniteti ya hər hansı bir şəkildə yoluxma nəticəsində əldə edirlər: əlamətsiz, yüngül, orta dərəcədə və ya bir peyvəndin köməyi ilə - mexanizm eynidir", - deyə virusoloq izah edib.
Butenko qeyd edib ki, peyvəndin testləri vaksinləmədən sonra antitel səviyyəsinin təbii olaraq xəstələnənlərdən daha yüksək olduğunu göstərib. Ancaq mütəxəssis əlavə edib ki, bu, yeganə göstərici deyil.
Oxşar xəbərlər
TƏBİB seroloji testlər keçirəcək
Son Xeberler
Koronavirusa yoluxanların sayı 10 milyonu ötdü -
Son Xeberler
Koronavirusdan sağalmış şəxs ona ikinci dəfə də yo...
Son Xeberler
İranda koronavirusdan daha 110 nəfər ölüb
Son Xeberler
Oktyabracan 180 min insan öləcək -
Son Xeberler
Türkiyədə son sutkada koronavirusdan ölənlərin say...
Son Xeberler