Parkinq problemi: Sürücülərə 20 manat məbləğində cəza kəsilir
“Parkinqi olmayan obyektlərin həm satışı, həm də icarəsi müştərilərdə maraq oyada bilmir”.
Dayanma-durma qaydalarını pozan sürücülərə qarşı inzibati protokolların tərtib edilməsi həm Bakı Nəqliyyat Agentliyi, həm də Dövlət Yol Polisi əməkdaşları tərəfindən həyata keçirilir.
Dayanma-durma ilə bağlı qadağanedici nişanların olduğu ərazilərdə, mağaza, ticarət obyektləri, bank və s. xidmət müəssisələrinin qarşısında xüsusi parklama yerləri olmadığı təqdirdə sürücülərə 20 manat məbləğində cəza kəsilir. Bu hal qanunvericiliklə qəbul edilsə də, digər tərəfdən şəxsi avtomobil sahiblərinə ciddi problemlər yaradır. Məsələn, hansısa parklama yeri olmayan obyektin qarşısında avtomobilini saxlayan şəxs oradan çıxanda cərimələndiyini görür. Əksər obyektlərin maşın saxlamaq üçün parklama yerləri olmadığından vətəndaşlar avtomobillərini harada saxlayacaqlarını belə bilmirlər.
Avtoparklama yerlərinin sayı məhdud, bəzən isə xidmət haqqı çox baha təklif olunduğundan orada maşın saxlamaq əksər vətəndaşlar ücün əlverişli deyil. Bu halda vətəndaşlar nə etməlidirlər?
Bu barədə Metbuat.az-a açıqlama verən əmlak eksperti Elnur Fərzəliyev açıqlamasında bildirib ki, yol kənarında yerləşən bütün binaların birinci, bəzən isə ikinci mərtəbələri müxtəlif profilli obyektlərə çevrilib. Hətta xeyli çoxmənzilli yeni tikili binalarda bəzən təyinat dəyişikliyi edilərək onların zirzəmilərində avtopark kimi nəzərdə tutulmuş yerləri qeyri-yaşayış obyektlərinə çevirərək başqa təyinatla fəaliyyət göstərirlər.
“Bu gün hər-hansı bir vətəndaş hansısa bir iaşə obyektinə alış-veriş etmək və ya hansısa xidmətdən istifadə etmək üçün gedəndə həmin obyektin öz avtoparkinqi yoxdursa, avtomobilini onun qarşısındakı küçədə saxlayıb gedirsə, avtomobil sahibi ya BNA, ya da DYP tərəfindən cərimə edilir. Bu qurumlar qanunvericiliyin tələblərini yerinə yetirsə də, bu zaman vətəndaşın hüququ müəyyən qədər pozulmuş olur. Çünki ərazidə obyektlər varsa, orada avtomobil saxlamaq üçün park yeri də olmalıdır”, – deyə ekspert bildirib.
Onun sözlərinə görə, ticarət obyektləri, iaşə müəssisələri tikilirsə, həmin müəssisə və obyektlərin tutumuna uyğun avtoparklama yerləri olmalıdır.
Amma bu gün avtoparkların tikilməsi nə obyekt sahiblərinin, nə də ki avtomobillərə cərimələr yazan aidiyyatı qurumların marağındadır.
Nəzərə alaq ki, bu gün Bakı şəhərində taksi kimi fəaliyyət göstərən on minlərlə avtomobillər var və ən çox cərimələnən həmin taksi fəaliyyəti ilə məşğul olan sürücülərdir.
Belə olduqda isə vətəndaşlar çıxılmaz vəziyyətlə qarşı-qarşıya qalırlar.
“Məsələn, əgər vətəndaş ucuz bir marketdən alış-veriş etmək üçün gedirsə və çıxanda cərimələndiyini görürsə, təbii ki, bir daha o marketə getməz”, – deyə o əlavə edib.
Ekspertin fikrincə, BNA özü avtoparkların salınmasına maraqlı olmalıdır. Eyni zamanda BNA ilə yanaşı, bələdiyyələr də avtoparkların salınması ilə məşğul ola bilər:
“Amma təəssüf ki, bələdiyyələr öz məsuliyyətini dərk etmirlər. Bələdiyyələr bu işlə məşğul olsalar, həmin avtoparklar daimi olar və küllü miqdarda gəlirlər gətirər”.E.Fərzəliyev bildirir ki, Bakı şəhərinin mərkəzi hissələrində böyük avtoparkların salınması üçün torpaq sahələri qalmayıb. Elə buna görə də dünya təcrübəsindən yararlanıb, yüngül konstruksiyalı 4-6 mərtəbəli avtoparklar tikmək mümkündür.
“Yeraltı avtodayanacaqlar salınmalıdır. Belə dayanacaqlar tikilərsə, bu, vətəndaşın rahatlığını təmin edər, onu avtopark olmayan ərazilərdə maşın saxladığı zaman qarşılaşdığı cərimələrdən qurtara bilər. Lakin paytaxtda az sayda tikilmiş bəzi yeraltı avtoparklar var ki, onların xidmət haqqı həm çox bahadır, həm də saat hesabı hesablanır. Bu bahalıq isə sürücülərin büdcələri ilə üst üstə düşmür”, – deyə əlavə edib.
Ticarət və iaşə obyektlərinin qarşısında avtopark yerlərinin olmaması, həmçinin o obyektlərin satış və icarə qiymətlərinə də ciddi təsir edir. Parkinqi olmayan obyektlərin həm satışı, həm də icarəsi müştərilərdə maraq oyada bilmir. Bu baxımdan onların bazar dəyəri parkinqi olan obyektlərin bazar dəyərindən nisbətən ucuzdur”.
Oxşar xəbərlər
Dying Light 2-nin 1.19.2 Yenilənməsi
Texnologiya xəbərləri
God of War Ragnarök 07.00 Yama Qeydləri
Texnologiya xəbərləri
Məktəblərdə su problemi necə həll olunacaq? -
Son Xeberler
iOS 18.0.1 Yenilənməsi Yayımlandı! Kritik Səhv Düz...
Son Xeberler
Apple M1 iMac-da Ekran Problemi: Pulsuz Təmir Olun...
Texnologiya xəbərləri
Mehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinin...
Son Xeberler