08.10.2020 12:06
6
abunə
465
Paşinyan İlham Əliyevdən sonra ingiliscə danışmağa cəhd etmədi - VİDEO

Xəbər verdiyimiz kimi, oktyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev “Euronews”a müsahibə verib. Dövlət başçısı çıxışı zamanı işğalçı Ermənistanın son təxribatlarından danışıb.

Daha sonra canlı yayıma qoşulan Ermənistan Baş naziri Nikol Paşinyanın ingilis dilində səlis və konkret danışan Azərbaycan Prezidentindən fərqli olaraq erməni dilində çıxş etməsi diqqəti cəlb edib.

Qeyd edək ki, cari ilin fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə də N. Paşinyan ingilis dilində bərbad danışığı ilə KİV və sosial şəbəkələrdə gündəm olmuşdu.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine