“Paşinyan İlham Əliyevə zəng edib deməlidir ki...” - VİDEO
Xəbər verdiyimiz kimi, Rusiyanın “Rossiya 1” telekanalında yayımlanan “60 minut” (“60 dəqiqə”) verilişində qonaq olan Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti, “Kommersant” Nəşrlər Evinin Xarici siyasət şöbəsinin müdir müavini Aleksey Naumov Kəlbəcəri tərk edən ermənilərin oradakı evlərini, mağazalarını və digər tikililəri yandırmasınını əks etdirən videogörüntüləri şərh edib.
Naumov deyib ki, bu gün Ermənistan Baş naziri Nikol Paşinyan qürurunu udmalı, İlham Əliyevə zəng etməlidir:
“Ona deməlidir ki, İlham Heydər oğlu, ən əsası – torpaq yox, insanlardır, xahiş edirəm, gəlin elə edək ki, gedən insanlar sakit, normal getsinlər, onları heç kim incitməsin. Ola bilsin, bəli, orada olan kilsələrdəki xaçlar qalsın, çünki ən əsası – insanlardır, torpaq yox”.
Naumov, həmçinin xatırladıb ki, 1993-cü ildə azərbaycanlılar ermənilərdən fərqli olaraq Kəlbəcərdən çılpaq, ayaqyalın köçürdü.
Oxşar xəbərlər
Makron İlham Əliyevə yenidən zəng etdi
Son Xeberler
Makron İlham Əliyevə zəng etdi
Son Xeberler
Moskvanın və bütün Rusiyanın patriarxı Prezident İ...
Bugun.az
Ərdoğan İlham Əliyevə zəng etdi -
Son Xeberler
“O deməlidir ki, azərbaycanlılar Şuşaya qayıdacaq”...
Son Xeberler
İlham Əliyev Aleksandr Lukaşenkoya zəng etdi
Son Xeberler