🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Paşinyanın əlində kimyəvi silah olsa, düşünmədən istifadə edər...

23.10.2020 12:09 352 baxış sayı 9 dəq. oxuma
Paşinyanın əlində kimyəvi silah olsa, düşünmədən istifadə edər...

1944-cü ilin sentyabrından başlayaraq ard-arda məğlubiyyət xəbərlərini alan faşistlərin rəhbəri Adolf Hitler hərbi müstəvidəki uğursuzluğunu ört-basdır etmək və qarşı tərəfdə panika yaratmaq üçün London şəhərini FAU-2 raketləri ilə bombaladı. Bu gün isə onun davamçısı Nikol Paşinyan eyni üsullardan istifadə edir. Amma tarix bəzən təkrar olunur, Paşinyanı da Hitlerin aqibəti gözləyir.

Azərbaycan cəmiyyəti Paşinyanın Hitlerçi xislətinin son aylarda şahidi olsa da, Ermənistan xalqı bunu çoxdan duyub.

Erməni siyasi-ictimai xadim Mihran Hakobyan iyun ayında açıqlama verərək bildirmişdi ki, Nikol Paşinyanın iyunun 22-də, faşist hücumu günündə konstitusiya çevrilişinə getməsi çox simvolikdir: “Paşinyan və onun cinayət yoldaşları 1941-ci ilin bu günlərində Hitler və onun adam yeyənlərinin sahib olduğu eyni özünəinama və sinizmə sahibdir. Bu prosesin sonu da məlumdur: “Berlin talanı” və “Nürnberq mühakiməsi”. 

Hakobyan daha sonra Paşinyanın hakimiyyətin ələ keçirilməsinə görə mühakimə olunacağını bildirib. Lakin “Nürnberq məhkəməsi”ndə sülhə qarşı sui-qəsd, müharibə cinayətləri və insanlığa qarşı cinayət ittihamları əsas yer tuturdu. Bu gün insanlığa qarşı müharibə cinayətləri törədərək Azərbaycanın mülki əhalisini raket və artilleriya atəşinə tutan Paşinyan üçün “Nernberq məhkəməsi”ni isə Azərbaycan hüquq-mühafizə orqanları quracaq.

Artıq bununla bağlı hüquqi baza formalaşıb, cinayət işləri başlanılıb. Azərbaycanın Baş prokuroru Kamran Əliyev bildirib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin insanlıq və bəşəriyyət əleyhinə törətdiyi bu dəhşətli cinayət tədbirinə görə onların məsuliyyətə cəlb olunmaları üçün tərəfimizdən bütün zəruri beynəlxalq və daxili hüquqi vasitələrdən istifadə ediləcək.

Paşinyan özü faşist rəğbətini və Hitlerçi düşüncəsini gizlətmir. Bu ilin may ayında Paşinyan Hitler ordusu üçün savaşmış, tarixə satqın olaraq düşmüş babası Nikolay Vartanoviç Paşinyanın fotosunu paylaşıb. Baba Paşinyan 138-ci atıcı diviziyanın 554-cü atıcı alayında xidmət edib, lakin sonradan xain kimi nasist Almaniyası tərəfinə keçərək, onlara işləyib və nəhayət, 1943-cü ildə həlak olub.

Bu gün üçtərəfli görüşlərdə “sülh danışıqları”nı təmsil edən Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan isə 2019-cu ildə faşistlərlə əməkdaşlıq etmiş erməni legionlarından birinə aid foto paylaşmışdı.

Bu gün Paşinyan faşizm siyasətini Azərbaycanın mülki əhalisinə qarşı istifadə edir. Ermənistan ərazisindən bu terror dövlətinin arsenalında olan raketlər vasitəsilə Gəncə, Mingəçevir, Tərtər, Ağdam, Naftalan, Bərdə, Siyəzən, Qəbələ, Xızı rayonları atəşə tutulur. Sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində 63 mülki şəxs həlak olub, 298 nəfər yaralanıb. Bundan başqa, 398 mülki obyekt, 2156 yaşayış evi və 90 çoxmənzilli yaşayış binası yararsız hala düşüb.

Ermənistan bu hücumları “SKAD” (Elbrus) raketlərindən istifadə edərək həyata keçirir. Bu raketlər isə dəqiqliyi çox aşağı səviyyədə olan ballistik raketlərdir. Raketlərin dəqiqliyi çox aşağıdır, yox səviyyəsindədir, belə raketlərdən hərbi obyektlərə qarşı istifadənin heç bir effekti yoxdur. Hitler İkinci Dünya Müharibəsinin sonunda əlacsız qalıb “FAU-2” raketlərindən istifadə etmişdi. “FAU-2” raketləri və Ermənistanın SKAD raketləri dəqiqliyinə görə elə eyni səviyyədədir. Hitler qoşunları bu raketlərdən hücum edən sovet ordusuna qarşı deyil, Londona, böyük şəhərə qarşı istifadə edirdilər. Yəni, ermənilər kimi, alman faşistləri də bilirdilər ki, belə dəqiqliyi çox aşağı silahdan hərbi obyektlərə qarşı istifadə mənasızdır. Ancaq dinc əhalini vurub, insanlarda qorxu yaratmaq olar. Uduzan Hitler ordusu bu raketlərə son ümid silahı kimi baxırdı. Eyni dərəcədə, uduzan Paşinyan ordusu Skad raketlərinə son ümid silahı kimi baxır.

Ballistik raketlərdən diktator Səddam Hüseyn Səudiyyə Ərəbistanı, İran və İsrailin dinc şəhərlərini bombalayıb. Və bu gün Paşinyanın əlində kimyəvi silah olsa, o düşünmədən istifadə edərdi. Ağlını itirmiş Paşinyan müharibədən məğlub çıxdıqdan sonra yaşayacağı taleyə və hakimiyyətdə olduğu müddətdəki insanlığa qarşı davranışlarına görə Hitler və Səddam kimi rəhbərlərlə müqayisə olunaraq yadda qalacaq.

Prezidentin köməkçisi Hikmət Hacıyev də mülki əhaliyə qarşı dəqiqliyi yox səviyyəsində olan raketlərlə hücumlara görə Paşinyanı Səddam Hüseynlə müqayisə etmişdi: “SKAD ballistik raket hücumu və Ermənistanın baş naziri Nikol Paşinyanın Gəncədə mülki şəxsləri öldürməsi Səddam Hüseynin mülki şəxslərə qarşı istifadə etdiyi eyni taktika və raket sistemidir”.

Ermənistanın cinayətkar hərbi siyasi rəhbərliyinin qərarıyla humanitar atəşkəs dövründə Gəncə şəhərində mülki əhalinin raket hücumuna məruz qalması növbəti erməni terrorunun bariz nümunəsidir. 
Dinc sakinlərə qarşı belə raketdən istifadə etmək hərbi cinayət olmaqla bərabər, vandalizm aktıdır. “Skad” raketi soyuq müharibə dövründə SSRİ tərəfindən istehsal olunmuş taktiki ballistik raketdir. 
Bu raketlərin yeni olduğu vaxtda belə ehtimal olunan yayınma dairəsi 450 metr idi. Bu, o deməkdir ki, sən A nöqtəsini hədəfə atırsan, amma raket A nöqtəsinə düşməyəcək, sadəcə A nöqtəsindən 450 metr radiusda bir əraziyə düşəcək. 

Düşmən döyüşlərin ilk günündən Azərbaycan Ordusuna qarşı döyüşlərdə məğlub olacağını dərk edir və bu səbəbdən də mülki vətəndaşlarımız arasında təşviş yaratmaqla vəziyyətdən çıxış yolu axtarır.

 

 
Paylaş: