🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Payızda sərt karantin rejimi tətbiq oluna bilərmi? - TƏBİB-dən AÇIQLAMA

08.09.2020 07:39 461 baxış sayı 3 dəq. oxuma
Payızda sərt karantin rejimi tətbiq oluna bilərmi? -

Tibbi Ərazi Bölmələrinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə İşçi qrupunun üzvü, həkim-infeksionist Nəzrin Mustafayeva koronavirus pandemiyası, onunla mübarizə tədbirləri, payızda gözlənilən artımla bağlı sualları cavablandırıb.

Həkim-infeksionist Nəzrin Mustafayeva payızda koronavirusla bağlı ikinci dalğa məsələsinə də münasibət bildirib.

- Ümumiyyətlə, ÜST, eləcə də Nazirlər Kabineti yanında Operativ Qərargahın Tibbi bölməsi qarşıdakı payız aylarında həm mövsümi xəstəliklərin, həm də COVID-19-a yoluxmanın artacağı barədə xəbərdarlıq edirlər. Doğrudanmı payızda koronavirusla bağlı ikinci dalğa gözlənilir?

''Sərt karantin rejimindən sonra dərhal yumşaldılmaya gedilməsi və dərhal qadağaların aradan qaldırılmasının əleyhinəyəm. Mən düşünürəm ki, hazırda həyata keçirilən mərhələləli yumşaldılmalar daha effektlidir. Yumşalma prosesinə mərhələli şəkildə qədəm qoymaq və bir müddət dinamikanı izləmək vacibdir.
Hər nə qədər müsbət dinamika müşhidə etsək də, vəziyyət nəzarət altına alınmış olsa da, unutmamalıyıq ki, pandemiya ilə mübarizə hələ də davam edir.

Bizdən asılı olmayan bir sıra faktorlar var. Önümüzdə soyuq aylar bizi gözləyir, artıq məktəblərin açılışına hazırlaşırıq.

Bu da özü ilə bərabar həm ictimai nəqliyyatda, həm də digər məkanlarda sıxlığın artmasına səbəb ola bilər ki, bizi də narahat edən məsələnin ikinci tərəfidir. Bütün bu fürsətlərin bizim üçün problemə çevrilməsinin qarşısını almaq üçün hər zaman ehtiyat tədbirlərini gözləməliyik.

Tibbi maska, sosial məsafə həyat tərzimizə çevrilməlidir. Yumşalmalara getdikcə, bu vasitələrdən istifadəni unutmamalıyıq."(Modern.az)

Paylaş: