🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Pentagonun cavabsız qoyduğu Türkiyə sualı

12.12.2024 08:47 6 baxış sayı 2 dəq. oxuma
Pentagonun cavabsız qoyduğu Türkiyə sualı

ABŞ Müdafiə Nazirliyi (Pentagon) Suriyədəki Baas rejiminin süqutundan sonra yaranmış vəziyyətə dair Türkiyə ilə əlaqələrin davam etdiyini açıqlayıb.


Pentagonun sözçüsü Sabrina Sinqh mətbuat konfransında bildirib ki, ABŞ-ın Türkiyə ilə "əla münasibətləri" var. Suriyədəki vəziyyətə toxunan Sinqh qeyd edib ki, "Savaş meydanındakı durum daim dəyişir. Türkiyə, şübhəsiz ki, Suriyədən gələn təhlükələrlə üzləşir və özünü müdafiə etmək hüququna malikdir". Sinqh, ABŞ-ın yalnız Türkiyə ilə deyil, digər tərəflərlə də Suriyə ilə bağlı əlaqələrinin davam etdiyini vurğulayaraq, bölgədə gərginliyin və toqquşmaların azaldılması çağırışı edib.


Ancaq Sinqh, Suriyədə yalnız DEAŞ-a qarşı mübarizə aparıldığını iddia edən və PKK/YPG terror təşkilatı ilə əlaqələrini davam etdirən ABŞ-ın Türkiyə ilə bu terror təşkilatları arasında toqquşmaların artması halında tutumu barədə sualı cavabsız qoyub.


Sinqh, Suriyədəki rejim dəyişikliyinin "böyük fürsət və eyni zamanda böyük risk" olduğunu bildirib və ABŞ-ın bölgədəki mövqeyinin, əsgərlərini qorumaq və DEAŞ-a qarşı mübarizə xaricində dəyişiklik etmədiyini söyləyib.


Süleyman Şah türbəsinin köçürülməsi ilə bağlı ABŞ ilə danışıqlar olub-olmaması barədə suala Sinqh, "Yenidən təkrar edirəm, Türkiyə ilə qarşılıqlı əlaqələrimizi davam etdirəcəyik. Xarici İşlər Naziri də bölgədəki ümumi vəziyyəti müzakirə etmək üçün səfərdədir və əlbəttə ki, Türkiyənin qarşılaşdığı təhlükələri başa düşürük. Bundan başqa bir şey deməyəcəm" cavabını verib. 2015-ci ildə Suriyədəki vəziyyətlə əlaqədar olaraq türbənin köçürülməsi hər kəsin yadındadır.


Paylaş: