🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Peskovdan Putinin Qarabağla bağlı müraciətinə münasibət

18.11.2020 13:30 401 baxış sayı 2 dəq. oxuma
Peskovdan Putinin Qarabağla bağlı müraciətinə münasibət

“Rusiya Prezidenti Federasiya Şurasının 2015-ci il tarixli qərarına uyğun olaraq Rusiya Federasiyasının Silahlı Qüvvələrindən xaricdə istifadə edə bilər. Rusiya sülhməramlılarının Dağlıq Qarabağa göndərilməsi üçün parlamentin yuxarı palatasından ayrıca icazə tələb olunmur”.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Federasiya Şurasına Dağlıq Qarabağla bağlı bugünkü müraciətini şərh edərkən deyib.

Peskovun sözlərinə görə, müraciət Rusiya ordusunun sülhməramlı missiyasının müddəti ilə əlaqədar olaraq edilib.

“Federasiya Şurasının 2015-ci il tarixli bir qərarı var idi və bu, Prezidentin bu cür operativ qərarları qəbul etməsi üçün qanuni əsas idi. Nəzərə alsaq ki, bizi beş illik bir müddət gözləyir, - hansı ki, lazım olduqda uzadıla bilər, - sülhməramlı missiyanın irimiqyaslı xarakteri nəzərə alınmaqla əlavə icazə istənilib”,- deyə Peskov qeyd edib.

Paylaş: