Polkovnik Seymur Qurbanov Həbs Edildi
Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən aparılan istintaqda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinin sabiq rəisi, polkovnik Seymur Qurbanovun cinayət əməllərində günahkar olduğu aşkarlanıb.
Qurbanov Seymur Pənah oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci, 311.3.2-ci və digər maddələri ilə ittiham olunaraq Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 (dörd) ay müddətinə həbs olunub.
Hərbi Prokurorluğun böyük köməkçisi Firad Əliyev bu haqda məlumat verərək bildirib ki, istintaq davam edir və hər bir fakt və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək.
Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinin sabiq rəisi, polkovnik Seymur Qurbanov korrupsiya cinayətlərində və dələduzluqda şübhəli bilinir.
Hal hazırda polkovnikin prokurorluqda ifadəsi alınır.
Xatırladaq ki, ötən gün Xidmətin Daşkəsən rayon şöbəsinin rəisi mayor Anar Əsgərov da həbs olunmuşdu.
Etiketlər
Oxşar xəbərlər
Şuşa Hərbi Komissarlığı Rəisi Saxlanıldı
Son Xeberler
Xankəndi Rayonuna Yeni Rəhbər Təyin Edilib
Bugun.az
XİN-in daha 2 yüksək rütbəli əməkdaşı həbs edildi...
Son Xeberler
Vilayət Eyvazovdan kütləvi ixtisar:
Son Xeberler
Rusiyadakı Azərbaycan diasporunun rəhbəri koronavi...
Son Xeberler
Tavuş istiqamətində sərhədi keçən azərbaycanlı həb...
Son Xeberler