
Postlardan geri qaytarılan avtomobillərin sayı AÇIQLANDI

Ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar bu gün saat 00:00-dan 08:00-dək olan müddət ərzində Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əməkdaşları tərəfindən görülən işlər barədə statistik məlumat açıqlanıb.
BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev “report”a bildirib ki, qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan yeddi nəqliyyat vasitəsi rayon, beşi paytaxt istiqamətinə olmaqla geri qaytarılıb:
“Bundan başqa, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan dördü rayon, 14-ü şəhər istiqamətinə olmaqla, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 10 avtomobil rayon, 20-si paytaxt istiqamətinə olmaqla geri qaytarılıb.
Ümumilikdə 60 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb”.
Oxşar xəbərlər

700-dən çox maşın postlardan geri qaytarıldı
Son Xeberler

542 maşın postlardan geri qaytarıldı
Son Xeberler

Həftəsonu bu ərazilərdə postlar qurula bilər -
Son Xeberler

DYP: Sərt karantindən əvvəl rayonlara gedənlər ger...
Son Xeberler

Postlardan keçə bilmək üçün icazə kağızı kifayət e...
Son Xeberler

FTX Bankrotluğundan Sonra Müştərilərə Pul Qaytarıl...
Son Xeberler