🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Pozitiv xəstəyə necə neqativ nəticə göndərilib? - AÇIQLAMA

21.06.2020 09:34 585 baxış sayı 3 dəq. oxuma
Pozitiv xəstəyə necə neqativ nəticə göndərilib? -

"Referans Klinik Laboratoriya Mərkəzi&Poliklinik" Covid-19 testindən keçən vətəndaş Sadıq-zadə Mirzənin iddialarına cavab verib.

Klinikanın Keyfiyyətə Nəzarət Şöbəsinin müdiri Xoşqədəm Əliyeva bildirib ki, vətəndaşın test nəticəsi pozitivdir:

"Sadəcə, əməkdaşlarımız texniki səhvə yol verdikləri üçün sənəddə neqativ yazılıb. Testin nəticəsi pozitiv çıxdığı an TƏBİB-ə məlumat verilib".

X.Əliyeva əməkdaşımızın "Vətəndaş test nəticəsinin neqativ bildiyi üçün rahat hərəkət edib. Bəs, buna görə məsuliyyəti kim daşıyır?" sualını cavabsız qoyub, o, telefon dəstəyini yerə asıb.

S.Mirzə isə bildirir ki, ona TƏBİB-dən zəng edən olmayıb:

"Xəbər sizin saytda yayımlandıqdan sonra sözügedən klinikanın əməkdaşı Xoşqədəm Əliyeva mənimlə əlaqə saxladı. O, test nəticəmin pozitiv olduğunu bildirdi. Düzdü, üzrxahlıq etdi. Amma mən nəticəmin neqativ çıxmasından sonra rahatlaşmışam və ailə üzvlərimlə ünsiyyətədə olmuşam. Evimizdə yaşlı insan da var, onları da yoluxdurmuş ola bilərəm. Xoşqədəm xanım mənə dəymiş maddi ziyanın qarşılanmasını təklif etsə də, bununla razılaşmadım. Mənə 24 saylı poliklinikadan, daha sonra isə Epidemioloji Mərkəzdən zəng etdilər. Mənə təqdim edilən sənədi istədilər, göndərdim. Sənəddə cavab neqativ olduğu üçün onlar da təəccübləndi, məsələni araşdıracaqlarını bildirdilər".

Mənbə: Qafqazinfo.az

Paylaş: