Prezident 4 nəfərə “general-mayor” rütbəsi verdi

07.12.2020 13:16 1,015 baxış sayı 1 dəq. oxuma
Prezident 4 nəfərə “general-mayor” rütbəsi verdi

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına "general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında" sərəncam imzalayıb.

Sərəncamla Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına "general-mayor” ali hərbi rütbəsi verilib:

polkovnik Ağamir Əzizxan oğlu Sultanov

polkovnik Anar Təvəkkül oğlu Kərimov

polkovnik Namiq Sərəfruz oğlu İslamzadə

polkovnik Zaur Sabir oğlu Məmmədov.

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: