
Prezident Binəqədidə yol tikintisinə 2,85 milyon manat ayırdı

Prezident İlham Əliyev "Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.
Bu sərəncamla Bakı şəhəri Binəqədi rayonunun Biləcəri, M.Ə.Rəsulzadə və Xocəsən qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 2,85 milyon (iki milyon səkkiz yüz əlli min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Oxşar xəbərlər

Prezident yol tikintisinə 4,1 milyon manat ayırdı
Son Xeberler

Paytaxtda qiyməti onmilyonlarla manat olan torpaq...
melumat.tv

Preziden 1,5 milyon manat vəsait ayırdı
Son Xeberler

24 min nəfər əhaliyə ŞAD XƏBƏR - Prezident 9,6 mil...
Son Xeberler

“Qarabağ Futbol Klubu”nun gəlirləri 40% artıb
İdman Xəbər

Prezident bu kanallara maliyyə yardımı ayırdı- SƏR...
Bugun.az