🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Prezidentdən daha bir SƏRƏNCAM

21.09.2020 14:47 538 baxış sayı 2 dəq. oxuma
Prezidentdən daha bir

 "Birləşmiş Millətlər Təşkilatının "Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiyası"ndan irəli gələn bəzi məsələlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 15 yanvar tarixli 59 nömrəli sərəncamında dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dəyişikliyə əsasən, 59 nömrəli sərəncamın 2-ci hissəsində "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzdində Təhlükəli Tullantıların İdarə Olunması Agentliyi" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti" sözləri ilə əvəz edilib.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu dəyişiklik barədə Birləşmiş Millətlər Təşkilatına müvafiq bildiriş göndərməlidir.

Paylaş: