Son Xeberler
Son Xeberler

04.12.2020 12:22

6 abunə

402

Prezidentdən şəhidlərlə bağlı paylaşım - FOTO

Prezidentdən şəhidlərlə bağlı paylaşım -

Prezident İlham Əliyev Vətən müharibəsində şəhid olanlarla bağlı “Facebook” hesabında paylaşım edib.

Paylaşımda xarıbülbül ikonası fonunda “Şəhidlərimizi ehtiramla yad edirik!” cümləsi yer alıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin dekabrın 3-də imzaladığı sərəncama əsasən, canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad ediləcək.