🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Psixoloqdan XƏBƏRDARLIQ: Operativ Qərargah bunu nəzərə alsın

10.07.2020 13:21 707 baxış sayı 4 dəq. oxuma
Psixoloqdan XƏBƏRDARLIQ:

"Psixoloji tədqiqatlar göstərir ki, bu cür qayda-qanunlara münasibət nə insanların daxili şərtlərindən, nə də rayonun, ölkənin, dövlətin xüsusiyyətlərindən asılı deyil. Sadəcə olaraq birdən-birə karantin qaydalarının tətbiqi, hər şeyin çərçivəyə salınması insanların psixologiyasına təsir etdi. Çünki, təsəvvür edin biz adi məktəb qayda-qanunlarını da pozmağa meyilli olan insanlarıq. Tutaq ki, baxırdıq bu gün hansısa müəllimin uşağı dərsə məktəb formasında gəlməyib və ya gətirib formasını dolaba qoyubki, yoxlama gəlsə tez dəyişsin. İndi biz bu cür mühitdə formalaşdığımız halda birdən-birdə karantin vəziyyətinə düşdük. Sanki azad bir quşu qəfəsə salmısan. Bu təkcə maddi məsələ və ya başqa amillərdən asılı deyil. Sadəcə azadlığın qəfildən dar çərçivəyə salınmasının nəticəsidir".

Bu sözləri tanınmış psixoloq Aytən Ələkbərova karantin dövründə insanların psixoloji durumu barədə saytımıza danışarkən deyib. Psixoloq qeyd edib ki, ölkədə karantinlə bağlı qərarların alınmasında psixoloqlardan da məsləhət alınmalı idi:

"Operativ Qərargah psixoloqlara müraciət etməli idi. Verilən qərarlar əvvəlcə psixoloqlarla müzakirə edilməldir. Əgər belə olsa idi, insanlar psixoloji cəhətdən daha rahat olardılar ki, onlarında psixoloji durumuna laqeyd yanaşılmır. Qərar verərkən mövsümü şərtləri də nəzərə almaq lazımdır. Yay ərzində evdə oturduqları üçün insanlarda D vitamininin azalması müşahidə olunacaq. Çünki bu vitamini almaq üçün gün ərzində saat 5-7 aralığında gün işığı qəbul etmək lazımdır. Eyni zamanda səhər saat 10-12 aralığında dəri bu vitamini qəbul edir. Bunların hamısı insan immunetitinin zəifləməsinə səbəb olur, artıq Operativ Qərargah bunu nəzərə almalıdır. Ölkədə hamı payız aylarında depressiv vəziyyətə düşmüş halda olacaq".


Eyni zamanda psixoloq evdə qalmaqdan bezən və psixoloji cəhətdən sıxıntısı olanlara belə tövsiyə edib:

"Karantin dövründə insanların psixoloji durumu sıxıntılıdır ki, bu da ailədaxili münaqişələrə də səbəb olur. Evdə hər kəs özü üçün bir əyləncə kəşf etməlidir. Bu məsələdə ümumi bir tövsiyyə etmək olmaz. Çünki elə insanlar var hansısa əyləncələr onlara yenilik kimi görünmür"

Paylaş: